11:22 04-10-2021
news_image
77
FUTBOL

“Qarabağ”ın futbolçusu Monteneqro yığmasına çağırıldı

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç Monteneqro millisinə çağırılıb.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı cinah oyunçusu DÇ-2022-nin seçmə mərhələsində oktyabrın 8-də Cəbəllütariq, 11-də isə Norveçlə keçiriləcək matçlarda məşqçilər korpusunun sərəncamında olacaq.

Qeyd edək ki, Marko Veşovoç “Qarabağ”a bu yay “Legiya”dan keçib.