13:34 04-10-2021
news_image
119
FUTBOL

“Qarabağ”ın daha bir əcnəbisinə yığmadan dəvət

“Qarabağ”ın daha bir əcnəbi futbolçusu milli komandasına dəvət alıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Patrik Andrade dünya çempionatının seçmə mərhələsindəki oyunlar üçün Kabo-Verde yığmasına çağırılıb.

O, oktyabrın 7-də və 10-da Liberiya ilə keçiriləcək oyunlarda iştirak edə bilər.

Qeyd edək ki, “Qarabağ”ın daha bir əcnəbi futbolçusu Marko Veşoviç də Monteneqro millisinə çağırılıb.