22:29 04-10-2021
news_image
79
FUTBOL

“Atletiko”nun Verner planı

Almaniya millisinin və İngiltərə “Çelsi”sinin futbolçusu Timo Verner daha bir nəhəng klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, hücumçu İspaniya “Atletiko”sunun transfer siyahısına düşüb.

Madrid təmsilçisi Premyer Liqa klubunda bombardirlik keyfiyyətlərini nümayiş etdirə bilməyən forvardı yay fasiləsində heyətinə qatmağı planlaşdırır. Verner “Bavariya” və Dortmund “Borussiya”sının da maraq dairəsindədir.

Qeyd edək ki, Verner “Çelsi”dəki 59 oyunda 13 qol vurub.