23:31 04-10-2021
news_image
86
FUTBOL

“Leypsiq”in futbolçusu “Real”a təklif olundu

İspaniyanın “Real” klubu Kristofer Nkunku ilə müqavilə imzalaya bilər.

Apasport.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçinin agentləri oyunçunu Madrid təmsilçisinə təklif edib.

Almaniya “Leypsiq”inin 23 yaşlı futbolçusu “Mançester Siti”nin də maraq dairəsindədir. Lakin Nkunkunun nümayəndələri “Real” variantını daha cəlbedici sayır.

Bu keçidin 2022-ci ilin yayında gerçəkləşməsi gözlənilir. Onun Bundesliqa təmsilçisi ilə müqaviləsi 2024-cü ildə başa çatacaq.