22:54 04-10-2021
news_image
458
FUTBOL

“Legiya”nın ən yaxşıları: Mahir Emreli ikinci oldu

“Legiya”da sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisində gənc müdafiəçi Maik Navroçki bu ada layiq görülüb.

“Verder”dən icarəyə götürülən 20 yaşlı oyunçunun keçirdiyi 5 matçdakı performansı 5 balla qiymətləndirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emreli isə ikinci yeri tutub. Yığmamızın üzvü kosovolu Lirim Kastrati ilə birlikdə 4 bal toplayaraq, ikinciliyi bölüşüb. Emreli ötən ay ərzində 6 matçda 4 qol vurub.

İlk “üçlüy”ü isə mənfi 4 balla kapitan Artur Endjeyçik qapayıb.

Maraqlıdır ki, Emrelinin əsas heyətdən sıxışdırdığı digər hücumçu Tomaş Pekhart komandanın ən zəifi (-2) seçilib.