15:18 04-10-2021
news_image
121
FUTBOL

“Sabah”ın futbolçusu dövrəni başa vurdu

“Sabah”ın futbolçusu Amin Seydiyev Azərbaycan Premyer Liqasının I dövrəsini başa vurub.

Apasport.az saytının məlumatına görə, gənc müdafiəçi VII turu buraxacaq.

Buna Aminin cəzalı duruma düşməsi səbəb olub. O, cari mövsümün sarı vərəqə limiti üzündən tur buraxacaq ilk futbolçusudur.

Seydiyev meydana çıxdığı 6 görüşün dördündə sarı vərəqə alıb. O, “Səbail”, “Sumqayıt”, “Neftçi” və “Keşlə” ilə qarşılaşmalarda xəbərdarlıqla cəzalanıb.

Qeyd edək ki, “Sabah” dövrənin son matçında “Qarabağ”la qarşılaşacaq.