15:25 04-10-2021
news_image
175
DİGƏR NÖVLƏR

Gimnastlarımız Türkiyədə 2 qızıl, 2 gümüş medal qazandı

Azərbaycan gimnastları İzmirdə keçirilən batut üzrə Türkiyə çempionatında uğurlu çıxış edib.

Apasport.az saytının məlumatına görə, böyüklər arasında Selcan Mahsudova, 13-14 yaşlı gimnastların yarışında isə Mahsud Maqsudov qızıl medal qazanıb.
 
Bundan başqa, Mehdi Əliyev finalda 7-ci yeri tutub.

Maqsud, Mehdi və Hüseyn Abbasov 13-14 yaşlı gimnastlar arasında komanda hesabında da gümüş medal qazanıblar. Daha bir medalı isə 10-12 yaşlı gimnastlar yarışan Ammar Baxşaliyev əldə edib. Gimnastımız bu yarışda 2-ci yeri tutub.

Qeyd edək ki, Azərbaycanı Türkiyə çempionatında Selcan Mahsudova, Maqsud Mahsudov, Hüseyn Abbasov, Mehdi Əliyev, İbrahim Mustafazadə və Ammar Baxşaliyev təmsil edib.