17:48 04-10-2021
news_image
140
FUTBOL

“Mançester Yunayted” Sulşerlə bağlı qərarını verdi

“Mançester Yunayted”in baş məşqçi məsələsinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, “qırmızı şeytanlar” hazırkı çalışdırıcı Ole-Qunnar Sulşerə əvəzləyici axtarmır.

“Mankunianlar”ın rəhbərliyi norveçli mütəxəssisə güvənir. Onlar Sulşerin təsdiqlənən layihə üçün ən uyğun məşqçi olduğu qənaətindədirlər. Bu səbəbdən komandanın onun rəhbərliyi altında uğur qazanacağına inam böyükdür.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 7 turdan sonra 14 xalla 4-cü pillədə qərarlaşır.