17:04 04-10-2021
news_image
216
FUTBOL

Divizion bombardirliyi üçün gətirilən kamerunlu

Azərbaycan I divizionunda III tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən turun son matçında “Keşlə” və “Qəbələ”nin ikinci komandaları üz-üzə gəlib.

Görüşdə hesabı Bakı təmsilçisi açıb. Ölkəmizdə olduğu 9 ayda Premyer Liqada cəmi 1 qol vuran, lakin I diviziona bombardirlik edən Anatole Abanq 11-ci dəqiqədə erkən qola sevinib. Bu, kamerunlunun 5-ci qolu olub.

Qonaqlar fasilədən dərhal sonra fərqlənib. Süleyman Damadayev “Qəbələ-2”ni məğlubiyyətdən xilas edib. Bununla da qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Qeyd edək ki, “Keşlə-2” 7 xalla 3-cü, “Qəbələ-2” 5 xalla 6-cı sırada qərarlaşıb.

1

Qaradağ Lökbatan

3

2

1

0

7-1

7

2

MOİK

3

2

1

0

7-1

7

3

Keşlə-2

3

2

1

0

7-2

7

4

Sabah-2

3

2

0

1

5-3

6

5

Kəpəz

3

1

2

0

5-3

5

6

Qəbələ-2

3

1

2

0

4-2

5

7

Səbail-2

3

1

1

1

4-3

4

8

Qarabağ-2

2

1

0

1

4-5

3

9

Zaqatala

3

1

0

2

4-7

3

10

Zirə-2

2

1

0

1

2-5

3

11

Sumqayıt-2

2

0

0

2

1-4

0

12

Neftçi-2

3

0

0

3

2-9

0

13

Turan Tovuz

3

0

0

3

1-8

0

Bombardir: Anatole Abanq ("Keşlə-2") - 5 qol