00:07 05-10-2021
news_image
101
FUTBOL

Donnarumma: “PSJ-yə oynamağa gəlmişəm”

PSJ-nin qapıçısı Canluici Donnarumma PSJ-dəki durumu barədə danışıb.

Apasport.az saytının məlumatına görə, İtaliya millisinin qolkiperi əsas heyətə düşməkdə çətinlik çəkməsinin ona problem yaratmayacağını düşünür.

Gənc qolkiper tezliklə hər şeyin lehinə çevriləcəyinə inanır: “Klubda az oynadığım üçün millidəki yerimi itirmək riskinin olması məni narahat etmir. PSJ-yə oynamağa gəlmişəm. Amma indiyə qədər az çıxış etməyim problem deyil. Əminəm ki, tezliklə hər şey yaxşı olacaq. Milli ilə bağlı heç bir problem yoxdur. Seçdiyim yolda irəliləməyə davam edirəm. Son iki ay yarım ərzində xeyli yaxşılaşdım”.

Qeyd edək ki, Donnarumma PSJ-yə bu ilin yayında “Milan”dan keçib.