17:37 04-10-2021
news_image
165
FUTBOL

Türkiyə Super Liqasında daha bir baş məşqçi istefası

Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Antalyaspor” Ərsun Yanalla yollarını ayırıb.

Yaxın müddətdə bu istefa rəsmən açıqlanacaq. Buna komandanın uğursuz çıxışı səbəb olub. Mövsümün startındakı nəticələrdən narazı qalan klub rəhbərliyi 60 yaşlı mütəxəssislə vidalaşmağa qərar verib.

Qeyd edək ki, Antalya təmsilçisi 8 turdan sonra 8 xalla 14-cü pillədə qərarlaşıb.