09:02 05-10-2021
news_image
202
FUTBOL

Braziliyalı futbolçu oyun zamanı həbs edildi - VİDEO

“Sao Paulo” klubunun futbolçusu Villiam Ribeyro oyun zamanı həbs edilib.

Apasport.az saytının məlumatına görə, hadisə ikinci liqanın “Quarani” ilə matçında baş verib.

Rio-Qrande-do-Sul ştatında keçirilən görüşün 61-ci dəqiqəsində baş hakim Rodriqo Krivellaroya hücum etdiyi üçün Ribeyro polislər tərəfindən saxlanılıb. Onun yumruq və boynuna təpik zərbəsindən sonra referi huşunu itirib. Krivellaro dərhal xəstəxanaya aparılıb, matç isə dayandırılıb.

Polis Ribeyronun hərəkətlərini qətlə cəhd kimi şərh edib. O, yerli həbsxanaya göndəriləcək. Futbolçunu 20 ilədək həbs cəzası gözləyir.