09:21 05-10-2021
news_image
72
FUTBOL

A seriyası matçlarında tribunalar 100 faiz dolacaq

İtaliya A seriyası matçlarına buraxılan azarkeş sayı artırılacaq.

Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, tezliklə stadionların 75 faizinin tamaşaçı qəbulu ilə bağlı qərar veriləcək.

İlin sonunda isə bu, 100 faizə qalxacaq. Hazırda koronavirusla əlaqədar stadionlara 50 faiz tamaşaçı buraxılır. Eyni zamanda arenaya daxil olarkən maska taxmaq, peyvənd sertifikatı və ya son 48 saatın PCR testinin neqativ nəticəsini təqdim etmək məcburidir.

İtaliya səhiyyə naziri Andrea Kosta da ilin sonuna qədər stadionlara tamaşaçı qəbulunu 100 faizə çatdırmağı hədəflədiklərini təsdiqləyib.