10:06 05-10-2021
news_image
218
FUTBOL

Kilian Mbappe: “Fransa millisindən getməyə hazıram”

Fransa millisinin hücumçusu Kilian Mbappe maraqlı fikirlər səsləndirib.

Apasport.az saytının məlumatına görə, PSJ-nin forvardı yığmada yaşadığı problemlərdən danışıb.

22 yaşlı ulduz futbolçu hətta millidən getməyə hazır olduğunu da etiraf edib: “Fransa millisi üçün heç vaxt bir avro da almamışam və həmişə yığmada pulsuz oynayacağam. Ancaq hər şeydən əvvəl heç vaxt problem yaratmaq istəməmişəm. Bir anda hiss elədim ki, problem olmağa başladım. Digər insanlar da eyni şeyi hiss etdi. Fransa millisini məğlubiyyətə sürükləyən mənim eqom, çox pul istədiyim və mən olmadan komandanın qalib gələ biləcəyi deyildi. Əgər yığma mənsiz daha xoşbəxtdirsə, getməyə hazıram”.

Mbappe AVRO-2020-nin 1/8 final mərhələsində İsveçrəyə penaltilər seriyası ilə məğlub olduqları görüşdən sonra federasiya prezidenti ilə görüşdüyünü də əlavə edib: “Federasiya prezidenti Noel Le Qre ilə görüşdüm, mənə qarşı olan münasibəti müzakirə etdik. Ona dedim ki, İsveçrə ilə oyunda qaçırdığım penaltiyə görə insanların məni “meymun” adlandırmasından narazı qaldım. Eyni zamanda, penaltini qolla tamamlaya bilmədiyim üçün günahkar olduğumu da inkar etmirəm”.