10:49 05-10-2021
news_image
112
FUTBOL

CAR dünya çempionatını keçirməkdən imtina etdi

Cənubi Afrika Respublikası (CAR) klublararası dünya çempionatını keçirməkdən imtina edib.

Apasport.az saytının məlumatına görə, Afrika ölkəsi bu ilin dekabrına planlaşdırılan yarışı qəbul etməyəcək.

Buna səbəb koronavirusla bağlı vəziyyət və ölkədə vaksinasiya prosedurunun aşağı olmasıdır. Turnirin təşkili üçün zəruri şəraitin olmaması futbol federasiyasını belə addım atmağa məcbur edib. CAR “qırmızı siyahı”da yer alır. Bu da Çempionlar Liqasının qalibi “Çelsi”nin turnirdə iştirakına problem yarada bilər.

Bir müddət əvvəl Yaponiya da koronavirus səbəbindən çempionatın ev sahibliyindən imtina edib. FİFA-nın yarışı qəbul etmək üçün yalnız bir namizədi qalıb. Bu da Birləşmiş Ərəb Əmirlikləridir.