11:37 05-10-2021
news_image
66
FUTBOL

Premyer Liqa klubları fond yaradır

İngiltərə Premyer Liqasının aparıcı klubları yeni fond yaradacaq.

Apasport.az saytının məlumatına görə, fondun hesabında 1,3 milyard dollardan artıq vəsait olacaq.

Bu addımın əsas məqsədi koronavirus pandemiyası dövründə yüksək faizli kredit götürən klublara yardım etməkdir. Premyer Liqa təmsilçilərinə dəyən ümumi ziyan 2,7 milyardla ölçülür.

Bu üzdən də klublar kredit götürməyə məcbur olub. Belə addım maaşlar və yeni müqavilələr üzrə ödənişlər üçün atılıb.