12:25 05-10-2021
news_image
66
FUTBOL

Asim Xudiyev Türkiyə yığmasının oyununa təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb. 

Apasport.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi oyununda iş başında olacaq.

Xudiyev oktyabrın 12-də Qazaxıstanın Karaqanda şəhərindəki Şaxtyor stadionda keçiriləcək Qazaxıstan – Türkiyə oyununun hakim-inspektoru olacaq.