12:31 05-10-2021
news_image
81
FUTBOL

Azərbaycan - Finlandiya matçının hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində Finlandiya ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib. 

Apasport.az saytının məlumatına görə, oktyabrın 8-də baş tutacaq qarşılaşma Belarusdan olan briqadaya tapşırılıb.

Həmin gün saat 20:30-da Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək matçı Viktor Şimuşik idarə edəcək. Ona Anton Qusev və Sergey Kosovets kömək edəcək.

Dördüncü hakim funksiyasını Vitali Sevostyanik icra edəcək.