13:33 05-10-2021
news_image
132
FUTBOL

“Omoniya” rəsmisi: “Baş məşqçi “Qarabağ”la oyunda heyətin...”

“Komandanın nəticələrindən qətiyyən razı deyilik. Həm vurulan qol sayı, həm də imic baxımından daha çox iş görə bilərik”.

Apasport.az saytının məlumatına görə, bunu “Omoniya” rəsmisi Andreas Dimitrou yerli mətbuata açıqlamasında deyib.

Nikosiya təmsilçisinin Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”a məğlubiyyətindən sonra ölkə çempionatında da “Olimpiakos”a yenilgisini dəyərləndirən klub nümayəndəsi vəziyyətdən çıxmağa çalışdıqlarını söyləyib: “Komandanın arzulanan nəticəni göstərə bilməməsinin səbəblərindən biri də zədələrdir. Buna rəğmən rəqabət bacarığımızı tədricən artıracağımıza inanırıq. Baş məşqçi də heyətdən məmnundur. O, “Qarabağ”la oyun zamanı heyətin əvvəlki dönəmlə müqayisədə daha geniş olduğunu bildirdi”.

Qeyd edək ki, “Qarabağ” Nikosiyada GSP stadionunda “Omoniya” üzərində 4:1 hesablı qələbə qazanıb.