14:17 05-10-2021
news_image
195
FUTBOL

Yeniyetmələrdən 27-ci cəhd - LAYİHƏ

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Sabah 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayacaq.

Apasport.az saytının məlumatına görə, yığmamız bir həftə ərzində üç oyun keçirəcək.

Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda sabah Norveç, 3 gün sonra Belçika, oktyabrın 12-də Lüksemburqla qarşılaşacaq. Bu qrupun oyunları Belçikada təşkil olunacaq.


Yeniyetmə və gənclər arasında bütün yarışlar gələcək ulduzların yetişməsinə xidmət edir. UEFA-nın aşağı yaş qrupları arasında təşkil etdiyi yarışlar da istisna deyil. Qurum yeniyetmələrin inkişafı üçün əlindən gələni edir. Milli komandalar arasında təşkil olunan qitə çempionatlarının da məqsədi istedadların inkişafı, üzə çıxması və beynəlxalq arenada təcrübə toplamasıdır.

Yığmamızın sabah mübarizəyə başlayacağı U-17-lərin qitə çempionatı UEFA-nın təşkil etdiyi ən kiçikyaşlıların turniridir. Bu yarış ilk dəfə 1982-ci ildə baş tutub. Həmin vaxtlar turnirdə U-16-lar mübarizə aparıb. İlk çempion adına İtaliya layiq görülüb.

Üç il sonra SSRİ yığması Avropa çempionu olub. Həmin heyətdə Azərbaycan futbolunun əfsanəsi Vəli Qasımov da yer alıb. O, U-17-lərin Avropa çempionatında qızıl medal qazanan ilk, böyük ehtimalla son azərbaycanlıdır. Çünki futbolumuzun indiki durumunda yığmamızın nə vaxtsa çempionluq yaşayacağını təsəvvür etmək belə mümkün deyil.


Tarixi ərzində formatı dəfələrlə dəyişdirilən çempionat 2002-ci ildən U-17-lər arasında keçirilib. Yeniyetmələrin turniri pireneylilərin “at oynatdığı” yarışdır. 9 dəfə İspaniya, 6 dəfə Portuqaliya zəfər çalıb. Niderlandın 4 çempionluğu var.

2002-ci ildən UEFA final mərhələsinin ən yaxşı oyunçusuna “Qızıl oyunçu” mükafatı təqdim edir. Sonradan dünya səviyyəli ulduza çevrilən yeniyetmələr arasında bu mükafatın kifayət qədər sahibi var. Ueyn Runi, Migel Velozo, Sesk Fabreqas, Nuri Şahin, Toni Kroos, Boyan Krkiç, Mario Götze, Ceydon Sanço kimi futbolçular da U-17-lərin Avropa çempionatında ən yaxşı oyunçu seçilib.


Azərbaycan yığması müstəqillik əldə olunandan bir neçə il sonra turnirdə debüt edib. Bu, 1994/95 mövsümündə rəsmiləşib. Ələkbər Cəfərovun baş məşqçi olduğu komanda Kiprdə həm Slovakiya, həm meydan sahiblərindən iki cavabsız qol buraxıb.

İlk qələbə isə bir il sonra Estoniya üzərində qazanılıb. U-16 yığmamız tarixi ərzində mərhələ adlaya bilməyib. İlk uğur 2002/03 mövsümündə, artıq U-17-lərin yarışdığı vaxt qeydə alınıb. İslam Kərimovun yetirmələri oyunları Bakıda keçirilən turnirdə mərhələni keçib.

Ümumiyyətlə, 25 dəfə seçmə yarışa qatılan komandamız yalnız 5 dəfə ilk səddi adlayıb. Sonuncu belə uğur 2014/15 mövsümündə qeydə alınıb.


2002/03, 2006/07, 2009/10 və 2014/15 mövsümlərində seçmə mərhələ Bakıda baş tutub. 2015/16 mövsümündə isə final mərhələsi ölkəmizdə keçirilib. Millimiz burada qrup səddini belə aşa bilməyib.

Bir sözlə, komandamız indiyədək baş tutan 26 mövsüm ərzində 25 seçmə, 5 elit, 1 final mərhələsində qüvvəsini sınayıb. 2020/21 mövsümü isə koronavirus pandemiyası üzündən ləğv edilib. Bu müddətdə yığmanın baş məşqçisi kimi Ələkbər Cəfərov, Valeri Hacıyev, Nadir Qasımov, Əsgər Abdullayev, Şahin Diniyev, Səyavuş İbrahimov, İslam Kərimov, Yaşar Vahabzadə, Arif Əmirxanov, Şakir Qəribov, Adil Şükürov, Təbriz Həsənov, Mirbağır İsayev, Vüqar Məmməd, Ramin Quliyev, almaniyalılar Bernard Lippert, Oliver Pelzer, Nikolay Adam iş başında olub.

Yığmamız U-16 və U-17-lərin çempionatında ümumilikdə 88 oyun keçirib. 18 qələbə və 16 heç-heçəsi olan milli 54 dəfə uduzub. 70 xal qazandığı görüşlərdə 70 qol vuran futbolçularımız 178 top buraxıb.


Millimizin bütün oyunları:
1994/95 mövsümü
02.03.1995. Slovakiya – 0:2
04.03.1995. Kipr – 0:2
1995/96 mövsümü
18.10.1995. Estoniya – 3:1
20.10.1995. Rumıniya – 0:1 
1996/97 mövsümü
04.03.1997. İtaliya – 0:0
06.03.1997. Rusiya – 0:3
08.03.1997. Rumıniya – 1:3
1997/98 mövsümü
23.02.1998. Bolqarıstan – 1:1
25.02.1998. Lixtenşteyn – 0:1
1998/99 mövsümü
22.10.1998. Yunanıstan – 0:0
24.10.1998. Avstriya – 1:1
26.10.1998. Gürcüstan – 0:1
1999/00 mövsümü
22.09.1999. Ukrayna – 0:2
24.09.1999. Macarıstan – 0:3
2000/01 mövsümü
19.10.2000. San-Marino – 4:0
21.10.2000. Rusiya – 1:4
2001/02 mövsümü
24.09.2001. Macarıstan – 1:5
26.09.2001. Albaniya – 3:2
28.09.2001. Xorvatiya – 0:2
2002/03 mövsümü
03.10.2002. Türkiyə - 1:0
05.10.2002. Şotlandiya – 1:2
07.10.2002. Ukrayna – 3:3
24.03.2002. Almaniya – 0:3
26.03.2002. Belçika – 0:1
28.03.2002. İtaliya – 0:2
2003/04 mövsümü
04.11.2003. Türkiyə - 0:1
06.11.2003. Gürcüstan – 2:1
08.11.2003. Uels – 0:4
2004/05 mövsümü 
19.09.2004. Avstriya – 2:3
21.09.2004. Moldova – 1:0
23.09.2004. Lüksemburq – 2:1
15.03.2005. Şotlandiya – 0:3
17.03.2005. Fransa – 2:0
19.03.2005. Türkiyə - 0:3
2005/06 mövsümü
24.10.2005. İsrail – 1:5
26.10.2005. Rusiya – 1:1
28.10.2005. Ermənistan – 3:0
2006/07 mövsümü
23.09.2006. Latviya – 2:1
25.09.2006. İrlandiya – 0:2
28.09.2006. Danimarka – 0:0
23.03.2007. Serbiya – 1:5
25.03.2007. İngiltərə - 0:1
28.03.2007. Bosniya və Hersoqovina – 1:0
2007/08 mövsümü
01.10.2007. Rusiya – 1:1
03.10.2007. Finlandiya – 2:2
06.10.2007. Bosniya və Hersoqovina – 0:1
2008/09 mövsümü
22.09.2008. Bolqarıstan – 3:1
24.09.2008. Monteneqro – 2:2
27.09.2008. Polşa – 0:2
19.03.2009. Hollandiya – 0:1
21.03.2009. Xorvatiya – 0:3
24.03.2009. Lüksemburq – 0:0
2009/10 mövsümü
26.10.2009. Serbiya – 0:0
28.10.2009. İngiltərə - 0:4
31.10.2009. Qazaxıstan – 3:1
2010/11 mövsümü
22.10.2010. Portuqaliya – 0:2
24.10.2010. Şimali İrlandiya – 0:6
27.10.2010. Monteneqro – 1:2
2011/12 mövsümü
25.10.2011. Xorvatiya – 2:1
27.10.2011. Belçika – 0:1
30.10.2011. Ukrayna – 0:0
2012/13 mövsümü
19.10.2012. İspaniya – 0:2
21.10.2012. Polşa – 0:1
24.10.2012. Bolqarıstan – 1:4
2013/14 mövsümü
21.09.2013. İslandiya – 3:3
23.09.2013. Rusiya – 0:1
26.09.2013. Slovakiya – 2:4
2014/15 mövsümü
23.10.2014. Belçika – 0:3
25.10.2014. İsveçrə - 2:1
28.10.2014. Bosniya və Herseqovina 1:1, pen. 3:4
17.03.2015. Xorvatiya – 0:4
19.03.2015. Portuqaliya – 0:3
22.03.2015. Serbiya – 0:4
2015/16 mövsümü
05.05.2016. Portuqaliya – 0:5
08.05.2016. Belçika – 1:1
11.05.2016. Şotlandiya – 1:0
2016/17 mövsümü
25.10.2016. İngiltərə - 0:2
27.10.2016. Avstriya – 1:3
30.10.2016. Rumıniya – 1:0
2017/18 mövsümü
10.10.2017. İrlandiya – 0:6
13.10.2017. Ukrayna – 1:6
16.10.2017 Bolqarstan – 2:1
2018/19 mövsümü
23.10.2018. Norveç – 1:4
26.10.2018. Çexiya – 0:2
29.10.2018. Albaniya – 0:1
2019/20 mövsümü
13.11.2019. Yunanıstan – 1:6
16.11.2019. Almaniya – 0:2
19.11.2019. Qazaxıstan – 0:2

Ruslan Sadıqov

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur