15:15 05-10-2021
news_image
115
FUTBOL

Azərbaycan yığmasının 3 futbolçusu koronavirusa yoluxub

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin 3 futbolçusu koronavirusa yoluxub.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün Belçikada səfərdə olan yığmanın oyunçularının COVID-19 testi pozitiv nəticələnib.

Bunlar “Sabah”ın müdafiəçisi Həmzəalı Mikayılov, “Səbail”in yarımmüdafiəçisi Adəm Topalov və “Qarabağ”ın orta sahə oyunçusu İbrahim Ağayarovdur. Adıçəkilən futbolçular seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, U-17 AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburqla  mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.