22:54 05-10-2021
news_image
116
FUTBOL

“Barselona”nın yetirməsi əzəli rəqibin hədəfində

Almaniyanın “Leypsiq” klubunun futbolçusu İlayş Moriba karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi “Real”ın maraq dairəsinə düşüb.

La Liqanın nəhəngi gənc istedadı yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Futbolçunun transfer qiyməti 25 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, “Barselona”nın yetirməsi olan Moriba bu ilin yayında Bundesliqa klubuna keçib.