23:48 05-10-2021
news_image
132
FUTBOL

“Beşiktaş” A seriyasından müdafiəçi alır

“Sassuolo”nun müdafiəçisi Kaan Ayhan karyerasını Türkiyədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, “Beşiktaş” 27 yaşlı oyunçunun transferində israrlıdır.

Yay fasiləsində cəhdlərinə baxmayaraq, Kaanı ala bilməyən İstanbul nəhəngi qışda keçidi reallaşdırmağa çalışacaq. “Ağ-qaralar” onu birdəfəlik transfer etmək şərtilə 6 aylıq icarəyə götürməyi planlaşdırır. Futbolçunun atası Erol Ayhan da “Sassuolo” ilə razılıq əldə olunarsa, oğlunun Türkiyəyə köçəcəyini etiraf edib.

Qeyd edək ki, “Şalke”nin yetirməsi olan Kaan Ayhan 2016-cı ildən Türkiyə millisinə çağırılır.