17:22 05-10-2021
news_image
2615
FUTBOL

Pavel Tomçik: “Emrelinin bizə uyğun olduğuna yüz faiz əmin deyildik”

“Legiya”nın ən yaxşı yay transferləri Mahir Emreli və Maik Navroçkidir. Birinci vacib qollar vurur, digəri müdafiənin liderlərindən birinə çevrilməklə Polşa millisinə namizəddir”.

Apasport.az saytının məlumatına görə, bunu “Rakuv”un keçmiş idman direktoru Pavel Tomçik Polşa mətbuatına açıqlamasında deyib.

“Rakuv”un da yay transferlərini dəyərləndirən sabiq klub rəsmisi mövsümün əvvəlində “Qarabağ”dan “Legiya”ya keçən Mahir Emrelinin onlara üz tutmamasının səbəbini açıqlayıb. O, millimizin üzvünü almağa çox yaxın olduqlarını etiraf edib.

Keçidin baş tutmaması isə Polşa klubundan qaynaqlanıb: “Mahir Emreli “Rakuv”a keçə bilərdi. Onunla danışıq prosesi Artur Sobieç və Maik Navroçkidən bir qədər fərqli idi. Emreli məsələsində hər şeyin bizdən asılı olduğu bir an var idi. Ancaq onun bizə uyğun oyunçu olub-olmayacağına yüz faiz əmin deyildik. Emrelinin “Rakuv”a keçidinə əmin olsaydıq, yəqin ki, indi bizim oyunçu idi”.