15:39 05-10-2021
news_image
87
FUTBOL

Peres Mbappe transferi barədə: “Yanvarın 1-dək ...”

Fransa millisinin və PSJ-nin futbolçusu Killian Mbappenin “Real”a keçə biləcəyi vaxt bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya nəhənginin prezidenti Florentino Peres deyib.

O bildirib ki, ulduz forvardı qışda heyətə qatmağa çalışacaq. Peres transferin gerçəkləşəcəyinə ümidvar olduğunu gizlətməyib: “Mən ümid edirəm ki, yanvarın 1-dək hər şeyi həll edə biləcəyik”.

Qeyd edək ki, “Real”ın yayda reallaşdırmağa çalışdığı Mbappe transferi baş tutmamışdı. Yayda azad agent statusu alacaq forvardı qışda satılması real görünür.