17:51 05-10-2021
news_image
219
FUTBOL

ABŞ-a köçməsi Azərbaycana gəlişinə mane oldu

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq İrlandiya yığmasının heyətindəki məcburi dəyişikliyin səbəbi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Stefen Kenni müdafiəçi Derrik Uilyamsa dəvət göndərməməsinin zədə ilə əlaqədar olmadığını açıqlayıb.

O, “Blekbörn”dən bu il “Los Anceles Qalaksi”yə keçən 28 yaşlı mərkəz müdafiəçisini uzaq yol qət edəcəyi üçün çağırmadığını söyləyib: “Biz bir araya gələndə “Los Anceles Qalaksi”nin oyunu var idi. Uilyamsa dəvət göndərsəydim, ABŞ-dan bura 11 saata, buradan isə Azərbaycana 8 saatlıq yol getmiş olacaqdı. Derrik komandada olmağa layiqdir. Ancaq indi vaxt yoxdur”.

Zədədən yenicə qayıdan “Derbi Kaunti”nin üzvü Ceyson Naytın isə Bakıda iştirak edib-etməyəcəyi məşqlərdəki performansından asılı olacaq.

Qeyd edək ki, oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya oyunu saat 20:00-da başlayacaq.