00:35 06-10-2021
news_image
193
FUTBOL

“Real”ı narazı salan qiymət

İspaniyanın “Real” klubu Darvin Nunyesin transferi üçün variantlar axtarır.

Apasport.az saytının məlumatına görə, Portuqaliya “Benfika”sının hücumçu üçün yüksək məbləğ istəməsi madridliləri qane etmir.

Lissabonlular uruqvaylının müqaviləsində göstərilən 150 milyon avro ödənilməsini istəyir. “Real” bu rəqəmi şişirdilmiş sayır.

22 yaşlı cənubi amerikalı digər nəhənglərin də maraq dairəsindədir. “Mançester Yunayted”, “Liverpul” və “Mançester Siti” “Real”ın danışıqlarının nəticəsini gözləyir. Onlar transfer qiyməti aşağı düşdükdən sonra danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Darvinin müqaviləsi 2025-ci ildə başa çatacaq.