10:01 06-10-2021
news_image
75
FUTBOL

Mbappeyə 40 milyonluq təklif

İspaniyanın “Real” klubu Killian Mbapeenin transferi üçün çalışmaları davam etdirir.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisinin fransalı hücumçuya təklif edəcəyi müqavilənin şərtləri bəlli olub.

La Liqa klubu PSJ-nin ulduzuna 6 illik anlaşma təklif edəcək. Mbappe ildə 40 milyon avro qazanacaq.

Yayda müqaviləsi başa çatacaq hücumçunu saxlamaq üçün çalışan Fransa klubu ona daha yaxşı şərtlər təklif etməyə hazırdır. Parislilər Mbappeni itirsə, Dortmund “Borussiya”sından Erlinq Halandı almağa çalışacaq.