10:47 06-10-2021
news_image
79
FUTBOL

Pessina ili başa vurdu

İtaliyanın “Atalanta” klubunun futbolçusu Matteo Pessinanın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi iki aylıq sıradan çıxıb.

O, “Milan”la A seriyasının matçında zədələnib. Bu görüşdə Berqamo təmsilçisi 2:3 hesabı ilə uduzub.

Sağ ayağından xəsarət alan futbolçu ən yaxşı halda 2 aya məşqlərə başlayacaq. Onun 2021-ci ildə meydana çıxması inandırıcı görünmür.