12:32 06-10-2021
news_image
77
FUTBOL

Millimizin baş məşqçisi futboldan getmək istəyib: “Məni siyahıdan silənlərdən intiqam idi”

“On il əvvəl futboldan getməyi düşünürdüm. Çünki baş məşqçi komanda qurmaqda əsas rol oynamırsa, qalmağın heç bir mənası yoxdur”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Azərbaycan millisinin baş məşqçisi Canni de Byaziyə məxsusdur.

İtaliyalı çalışdırıcı bildirib ki, 2011-ci ildə Albaniya millisindən dəvət almasaydı, məşqçi karyerasını bitirəcəkdi: “Getmək istədim, amma həyatda heç vaxt heç vaxt demə. Geri qayıtmaq imkanı varsa, bəlkə də, İtaliyada olmasa belə, xaricdə, hətta ciddi bir layihəsi olan klubla da bunu nəzərə almağa hazıram. Albaniya bir növ intiqam üçün idi. İtaliyada məni asanlıqla siyahıdan silənlərə işimi necə bacardığımı göstərmək istədim”.

Qeyd dək ki, Canni de Byazi ötən ildən millimizi çalışdırır.