13:38 09-10-2021
news_image
106
FUTBOL

Qolsuz və qələbəsiz milli

Millimiz bu gün DÇ-2022-nin seçmə mərhələsinin növbəti oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri İrlandiyanı qəbul edəcək.

Bu, millinin tarixinə oktyabrın 9-da keçirilən 4-cü matç kimi düşəcək. Əvvəlki üç dueldə komandanın aktivində qələbə, heç-heçə və məğlubiyyət var.

Bu oyunlardan ikisi evdə seçmə xarakterli görüş olub. Milli hər iki halda meydanı qolsuz tərk edib.

Yığma yalnız səfərdəki yoldaşlıq oyununda qola və qələbəyə sevinib. Komandamızın gücü Bəhyenə çatıb.

Yığmamız oktyabrın 9-da:
9 oktyabr 1999. Bakı. AÇ. Azərbaycan – Slovakiya – 0:1
9 oktyabr 2004. Bakı. DÇ. Azərbaycan – Şimali İrlandiya – 0:0
9 oktyabr 2019. Riffa. YO. Bəhreyn – Azərbaycan – 2:3