13:54 06-10-2021
news_image
153
FUTBOL

Erlinq Halanda cəlbedici təklif

Dortmund “Borussiya”sı Erlinq Halandı heyətində saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Almaniya klubu bunun üçün norveçli hücumçuya cəlbedici müqavilə təklif edib.

Klub rəhbərliyi skandinaviyalının maaşını ikiqat artırmağa razıdır. Bunun üçün Haland yeni anlaşma imzalamalıdır.

Forvard hazırda ildə 8 milyon qazanır. O, müqaviləni uzatsa, illik maaşı 16 milyona çatacaq. Erlinqin hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.

Qeyd edək ki, gələn ilin yayında norveçli 75 milyon avroya klubdan ayrıla bilər.