23:37 06-10-2021
news_image
173
FUTBOL

Canni de Byazi: “Müəyyən dairələrin bir parçası olmamışam”

“Fəaliyyət göstərdiyim çempionatlarda uğur qazandım, üçüncü və dördüncü divizionlarda çempionluqlar əldə etdim və bir neçə dəfə komandanı A seriyasına yüksəltdim. Əsas hədəfləri yaşamaq olan klubları da ayaqda saxladım”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.

İtaliyalı mütəxəssis məşqçilik karyerası ərzində ölkəsinin böyük klublarında çalışmaması ilə bağlı sualı cavablandırıb. 65 yaşlı çalışdırıcı buna müxtəlif səbəblər gətirib: “İtaliyanın böyük klublarında niyə çalışmaq şansımın olmadığını bilmirəm. Bəlkə də, heç vaxt menecerim olmadığından və ya heç vaxt müəyyən dairələrin bir parçası olmamışam. Özümü azad bir ruh olaraq görürəm və hər hansı bir klanın üzvü olmaq ehtiyacını hiss etmədən öz işimi görmüşəm”.

Qeyd edək ki, Canni de Byazi məşqçilik karyerası ərzində “Torino”, “Udineze”, “Levante”, “Alaves”, “Modena”, “Spal”, “Breşiya” kimi zəif klubları çalışdırıb.