22:16 06-10-2021
news_image
115
FUTBOL

Van Deyk Messi-Ronaldo müqayisəsinə qoşuldu

Lionel Messi ilə Kriştiano Ronaldo müqayisəsinə daha bir futbolçu qoşulub.

Apasport.az saytının məlumatına görə, “Liverpul”un müdafiəçisi Vircil van Deyk PSJ və “Mançester Yunayted”in superulduzlarını dəyərləndirib.

Niderland millisinin üzvü argentinalını hələ də dünyanın ən yaxşısı hesab edir: “Deyərdim ki, Messi hələ də dünyanın ən yaxşı oyunçusudur. O və Ronaldo son on ildə fərqli rəqəmlərə sahib oldu və bacarıqları heyrətamizdir. Amma 2019-cu ildə Barselonada çox çətin gecə keçirdiyimiz üçün Messini seçirəm”.

Müdafiəçi Dortmund “Borussiya”sının forvardı Erlinq Halandla bağlı da müsbət fikirlər səsləndirib: “Haland xüsusi hücumçudur, güclü və sürətlidir. Müdafiəçilərin işini çox çətinləşdirən bütün bacarıqlara malikdir. Çox sürətli və sadədir, bir az Ceymi Vardi kimidir. Ancaq Haland daha güclüdür”.