00:54 07-10-2021
news_image
107
FUTBOL

“Yuventus”dan Vlahoviçə təklif

İtaliya “Fiorentina”sının futbolçusu Duşan Vlahoviç “Yuventus”a keçə bilər.

Apasport.az saytının məlumatına görə, Turin klubu hücumçunu yayda azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Florensiya təmsilçisi ilə müqavilə imzalamaqdan imtina edən Duşanın agenti ilə danışıqlara da start verilib. Serbiya millisinin 21 yaşlı forvardına 5 illik müqavilə təklif olunub. O, ildə 5 milyon avro qazana bilər.

Vlahoviç də “Yuventus”a keçməyin əleyhinə deyil. Baxmayaraq ki, “Fiorentina” onu başqa ölkələrin klublarına satmağı planlaşdırır.