15:19 06-10-2021
news_image
55
FUTBOL

Flores La Liqa klubuna qayıtdı

İspaniyanın “Xetafe” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bu vəzifəyə Kike Flores təyin olunub.

56 yaşlı mütəxəssis istefaya göndərilən Miçel Qonzalesi əvəzləyib. Sonuncu uğursuz nəticələr səbəbindən komandadan ayrılmalı olub.

Qeyd edək ki, Flores karyerasında 3-cü dəfə “Xefafe”nin “sükanı arxasına” keçib. O, 2004-05 və 2015-ci illərdə də La Liqa klubuna rəhbərlik edib.