15:37 06-10-2021
news_image
77
FUTBOL

Avrokubok iştirakçıları yenə üz-üzə

Milli komandanın oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədə klublar yoxlama görüşləri keçirəcək.

Apasport.az saytının məlumatına görə, bu mövsüm Konfrans Liqasında ölkəmizi təmsil edən “Sumqayıt”la “Keşlə” bu dəfə sınaq matçında qüvvəsini yoxlayacaq.

Oktyabrın 9-da “ASK Arena”da baş tutacaq qarşılaşma saat 16:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar çempionatın ilk turunda həmin arenada üz-üzə gəlib, “Sumqayıt” 2:0 hesablı qələbə qazanıb.