16:25 06-10-2021
news_image
140
FUTBOL

“Valensiya”nın futbolçusu: “Eyni resepti Azərbaycana qarşı tətbiq edəcəyik”

“Həmişə olduğu kimi, yenə meydana qalib gəlmək üçün çıxacağıq”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiya yığmasının yarımmüdafiəçisi Uroş Raçiç DÇ-2022-nin seçmə mərhələsində Lüksemburq və Azərbaycanla keçirəcəkləri oyun barədə danışarkən deyib.

Mətbuat konfransında fikirlərini səsləndirən “Valensiya”nın 23 yaşlı oyunçusu məqsədlərinin 6 xal əldə etmək olduğunu bildirib: “Biz Lüksemburqdan daha səviyyəli komandayıq. İlk matçda da bunu göstərdik. Həmin oyunu yenidən təkrarlamalıyıq. Təbii ki, eyni resepti Azərbaycana qarşı da tətbiq edəcəyik. Komanda üzərində müsbət təzyiq var. Hər iki görüşdə qələbə qazanmalıyıq. İrlandiyaya qarşı oynadığımız performansı göstərə bilsək, həm Lüksemburqu, həm də Azərbaycanı məğlub edəcəyik”.

Qeyd edək ki, oktyabrın 9-da Lüksemburqun qonağı olacaq Serbiya yığması üç gün sonra Belqradda Azərbaycan millisini qəbul edəcək.