00:08 07-10-2021
news_image
133
FUTBOL

“Bavariya”dan Premyer Liqaya

Almaniya millisinin futbolçusu Niklas Sule mövsümün sonunda “Bavariya”nı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, müdafiəçi yay “transfer pəncərəsi”ndə azad agent statusu alacaq.

Niklasın həmin vaxt komandasını dəyişməsi gözlənilir. Çünki “Bavariya” ilə oyunçu arasında yeni müqavilə barədə danışıqlar müsbət nəticə vermir. Tərəflər ortaq məxrəcə gəlməkdə çətinliklə üzləşib.

Klub rəhbərliyi Süleni saxlamağın vacibliyində tərəddüd edir. Müdafiəçi isə İngiltərə Premyer Liqasından aldığı cəlbedici təklifləri nəzərdən keçirir.

Qeyd edək ki, Niklas 2017-ci ildən “Bavariya”nın formasını geyinir.