17:56 06-10-2021
news_image
194
FUTBOL

Luiş Fiqu: “Bu ideya gülüncdür”

Dünya çempionatlarının iki ildən bir keçirilməsi ilə bağlı müzakirələr davam edir.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqu da mövzuya biganə qalmayıb.

“Qızıl top”un sahibi olmuş keçmiş yarımmüdafiəçi FİFA-nın təşəbbüskarı olduğu yeniliyə qarşı çıxıb: “Mənə elə gəlir ki, bu, ağılsızlıqdır. Bu ideyanı elə adamlar irəli sürür ki, onlar heç vaxt yaxşı futbol barədə düşünmür. Dünya çempionatının iki ildən bir təşkilində heç bir məntiq yoxdur. Təsəvvür edin ki, təqvimdə hər iki ildən bir dünya çempionatı, iki ildən bir Avropa çempionatı var. Hələ seçmə mərhələlər də olacaq. Bu ideya gülüncdür”.

Qeyd edək ki, FİFA-nın dünya çempionatlarını iki ildən bir keçirmək təşəbbüsünü 166 ölkənin milli assosiasiyası dəstəkləyir.