22:53 06-10-2021
news_image

Cüdoçumuz Olbiada gümüş qazandı

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında dünya birinciliyinə start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycan cüdoçusu Turan Bayramov (60 kq) nüfuzlu yarışda ardıcıl olaraq You-Çonq Lin (Çin Taypeyi), Merey Markhanbetov (Qazaxıstan) və Roman Valadye Pikardı (Fransa) məğlub edərək yarımfinala yüksəlib.

Bu mərhələdə özbəkistanlı Kamoliddin Baxtıyarova qalib gələn cüdoçumuz finala vəsiqəni təmin edib. Təmsilçimiz həlledici qarşılaşmada Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olub və dünya birinciliyinin gümüş medalına sahib olub.

Rəşad Quluzadə və Kamran Süleymanov (hər ikisi 66 kq) yarışı medalsız başa vurublar.

Qızların yarışında isə Səbinə Əliyeva (52 kq) üçüncü yer uğrunda görüşdə isveçrəli Binta Ndiayeyə məğlub olaraq beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın  8 cüdoçu ilə təmsil olunduğu və oktyabrın 10-dək davam edəcək mötəbər yarışda 73 ölkədən 500-dən çox cüdoçu mübarizə aparır.