23:48 06-10-2021
news_image

Naftalanda cüdoçular üçün seminar - FOTO

Azərbaycan Cüdo Federasiyasının Regionlarla iş üzrə sektor müdiri Tərlan Poladov, Hakimlər Komitəsinin sədri Mətin Rəhimli və Məşqçilər Komitəsinin üzvü Musa İsmayılov tərəfindən Naftalanda idmançılar və onların məşqçi - müəllimləri üçün seminar keçirilib.

Apasport.az saytının məlumatına görə, federasiyanın mütəxəssisləri cüdoçuların tәlim-mәşq prosesi metodikasından danışaraq, mәşqçilәrin yeniyetmә cüdoçularla iş prosesindә sadә hәrәkәtlərdәn başlayıb mürәkkәb hərəkətlərə necә keçmәk qaydasını izah ediblər. Daha sonra cüdonun yeni texnika və qaydaları həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.