10:03 07-10-2021
news_image
70
FUTBOL

İtaliyanın rekord seriyası qırıldı

İtaliya millisinin məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Apasport.az saytının məlumatına görə, Roberto Mançininin yetirmələri Millətlər Liqasının yarımfinalında uduzub.

Son Avropa çempionları İspaniya ilə qarşılaşmada 1:2 hesabı ilə məğlub olub. Bununla da İtaliyanın 37 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb.

Apennin təmsilçisi sonuncu dəfə 2018-ci il sentyabrın 10-da Portuqaliyaya uduzub. Millətlər Liqasının görüşündə 0:1 hesabı qeydə alınıb. Mançininin komandasının bu göstəricisi dünya rekordudur.