11:54 07-10-2021
news_image
99
FUTBOL

Tanınmış qapıçı üçün mövsüm bitdi

“Ayaks”ın qapıçısı Martin Stekelenburq üçün mövsüm erkən başa çatıb.

Apasport.az xəbər verir ki, bu barədə Amsterdam klubu məlumat yayıb.

39 yaşlı qolkiper bud nahiyəsindəki zədə səbəbindən avqustdan bəri yaşıl meydanlardan uzaq qalıb. Müalicə nəticə vermədiyi üçün Niderland millisinin sabiq qapıçısı əməliyyat olunacaq. “Ayaks”ın tibbi heyəti futbolçunun mövsümün sonuna qədər komandasına kömək etmək şansının minimum olduğunu açıqlayıb.

Qeyd edək ki, Martin Stekelenburq “Ayaks”a ötən il “Everton”dan keçib.