12:13 07-10-2021
news_image
258
FUTBOL

Azərbaycan - İrlandiya oyununun hakimləri açıqlandı

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək Azərbaycan – İrlandiya matçının hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Bakıdakı qarşılaşmaya Norveçdən olan hakimlər briqadasını göndərmək qərarına gəlib.

Oktyabrın 9-dakı görüşdə Espen Eskas ədalət təmsilçisi olacaq. Ona Kim Tomas Haqlund və Aysteyn Ytterland köməklik göstərəcək. Kay Erik Stin isə 4-cü hakim funksiyasını icra edəcək.

VAR hakimi türkiyəli Abdulkadir Bitigen olacaqsa, ona həmyerlisi Ali Palabıyık köməklik göstərəcək.

Hakimlərin işinə hakim-inspektor Sabri Çelik (Türkiyə) qiymət verəcək. FİFA nümayəndəsi isə gürcüstanlı Nikoloz Jqarkava olacaq.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya görüşü saat 20:00-da başlayacaq.