13:21 07-10-2021
news_image
86
FUTBOL

Kloppun ən böyük arzusu: “Buna vaxtım yoxdur”

“Liverpul”un baş məşqçisi Yurgen Klopp gələcək planlarından bəhs edib.

Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis “qırmızılar”la titullar qazanmaq arzusundadır.

O, dünyanı gəzmək istədiyini, lakin buna vaxtının olmadığını vurğualayıb: “Zamanı gələndə bir il istirahət edəcəyəm. İstəsəm bütün dünyanı gəzə bilərəm, amma vaxtım yoxdur. Halbuki bu mənim arzumdur. Mən gənc ata, orta səviyyəli futbolçu idim. Dünyanı gəzməyə vaxtım və pulum olmadığı üçün məşqçiliyi seçdim. Həmin andan zamanım daha da məhdudlaşdı, amma daha çox pul qazandım. “Liverpul”la daha üç illik müqaviləm var və bu, futbolda uzun müddətdir. Ümid edirəm ki, bu müddət ərzində maksimum uğur əldə edəcəyik. Bədənim və ruhum buradadır, enerji ilə doluyam. Bacardığım qədər irəliləmək və hər şeyin necə bitəcəyini görmək istəyirəm”.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır.