13:52 07-10-2021
news_image
73
FUTBOL

Liqa1 klublarına cəza

Fransa Liqa1-də oyunlar zamanı stadionda azarkeşlər arasında yaşanan qalmaqalların günahkarları cəzalandırılıb.

Apasport.az saytının məlumatına görə, Peşəkar Futbol Liqasının (LFP) İntizam Komitəsi bir neçə kluba cəza verib.

“Lill”, “Lans” və “Marsel”in hərəsindən şərti 1 xal silinib. Belə hadisə təkrarlansa, onların aktivində bir xal azalacaq.

“Lill” və “Marsel” fanatlarının dekabrın 31-dək səfər matçlarında iştirakına qadağa qoyulub. “Lans” və “Anje” isə artıq hərəyə bir oyunu azarkeşsiz keçirib. Bu klublar 20 min avro cərimə ödəməlidir.