14:38 07-10-2021
news_image
330
FUTBOL

İlk ev sınağı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sabah növbəti oyununa çıxacaq.

Apasport.az saytının məlumatına görə, AVRO-2023-ün seçmə mərhələsində mübarizə aparan yığmamız ilk ev matçını keçirəcək.

İlk iki görüşdə uduzan Milan Obradoviçin yetirmələri Finlandiya ilə üz-üzə gələcək. Qol və xal həsrətində olan millimiz turnir cədvəlindəki qonşusunu büdrətməyə çalışacaq.

Xorvatiyada 2, Avstriyada 6 cavabsız qol buraxan yığma doğma divarlar arasında uğur qazanmaq arzusundadır. Obradoviçin yetirmələri Sumqayıtdakı “Kapital Bank Arena”da meydana çıxacaq.

Qeyd edək ki, qrupun sabah keçiriləcək digər oyunlarında Xorvatiya Norveçi, Estoniya Avstriyanı qəbul edəcək.

U-21-lə arasında Avropa çempionatının seçmə mərhələsi
A qrupu, 8 oktyabr
20:30. Azərbaycan – Finlandiya

Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”

1

Norveç

2

2

0

0

8-1

6

2

Xorvatiya

2

2

0

0

4-0

6

3

Avstriya

3

2

0

1

9-3

6

4

Finlandiya

2

1

0

1

3-2

3

5

Azərbaycan

2

0

0

2

0-8

0

6

Estoniya

3

0

0

3

0-10

0