15:07 07-10-2021
news_image
126
FUTBOL

Yığmamız otelə “həbs olunub”: AFFA UEFA ilə danışıq aparır

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirməli olduğu oyunlarla bağlı AFFA ilə UEFA arasında telefon rabitəsi vasitəsilə məsləhətləşmələr aparılır.

Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qəbul olunacaq yekun qərar barədə sabah məlumat veriləcək.

Məsləhətləşmə, seçmə mərhələdə çıxış etmək üçün hazırda Belçikada olan yığmamızın 3 futbolçusu Həmzəalı Mikayılov (“Sabah”), Adəm Topalov (“Səbail”) və İbrahim Ağayarovun (“Qarabağ”) koronavirusa yoluxması və bu səbəbdən Norveçlə görüşün təxirə salınması ilə bağlı olub. 

Məsələ burasındadır ki, Belçikanın daxili qanunlarına əsasən, millimizin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.