22:54 07-10-2021
news_image
118
FUTBOL

Yaya Ture özünü Rumıniya klubuna təklif etdi

Ötənlərin məşhur futbolçusu Yaya Ture baş məşqçi kimi çalışmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, hazırda Rusiyada “Axmat” klubunun köməkçi-məşqçisi kimi fəaliyyət göstərən 38 yaşlı mütəxəssis Rumıniyaya köçə bilər.

“Barselona” və “Mançester Siti”nin sabiq yarımmüdafiəçisi öz xidmətini baş məşqçi axtarışında olan “Şepşi”yə təklif edib. Ancaq elita təmsilçisi hələlik buna müsbət yanaşmır. Klub rəhbərliyi çempionatı yaxından tanıyan məşqçi ilə çalışmaqda maraqlıdır.

Qeyd edək ki, “Şepşi” Rumıniya çempionatında 12-ci pillədə qərarlaşır.